Hündür "Cip" maşını suyun altında qalıb və qaldırıcı kranla onu çıxarmağa çalışırlar. Ancaq cəhdlər uğursuz alınır.
Mynews.az bildirir ki, söhbət Yardımlı rayonunun Deryavar kəndindən gedir. Kəndin içərisindən keçən yoldan gedən sel avtomobili öz ağuşuna alıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə 5 nəfər olub. Kənd sakinlərinin köməyi ilə maşındakılar xilas edilsə də avtomobili sudan çıxarmaq hələ də mümkün olmayıb.
Sakinlərin sözlərinə görə, su gələn hissədə körpü olmadığı üçün avtomobillər sel gələn ərazi ilə hərəkət etməli olur. Avtomobil yola daxil olandan sonra qəflətən artan sel isə onun hərəkətini tamamilə saxlayıb və maşının aşmaq təhlükəsi yaranıb. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub