Başqırdıstan sakini Olqa Emelyanova dostu Rasim Sadıqovla piknikə gedərkən maşında çəkdirdiyi fotonu qardaşına göndərib. Fotonu göndərdikdən bir neçə saat sonra Rasim Sadıqov onu boğaraq qətlə yetirib. Bacısından xəbər ala bilməyən Evgeni Amdreyev polisə müraciət edib. O, Olqa ilə sonuncu dəfə danışığında ona göndərdiyi fotonu təqdim edib. Olqanın mesajda Rasimin onu Savalatına apardığını, orada piknik edəcəklərini yazdığını, daha sonra bu fotonu göndərdiyini, o gündən sonra ondan xəbər ala bilmədiyini deyib. Polisin Salavtında apardığı axtarış-əməliyyatları nəticəsində iki uşaq anası olan Olqanın meyidi tapılıb. Olqanı qətlə yetirməkdə şübhəli bilinən R.Sadıqovun uzun axtarışlardan sonra başqa şəhərə köçərək orada gizləndiyi məlum olub. Polis tərəfindən saxlanılan cinayətkar Olqanı qətlə yetirməyini inkar etsə də, sonradan cinayət əməlini etiraf edib. O, qadını onunla intim əlaqədə olmağı istəmədiyi üçün qətlə yetirdiyini açıqlayıb. Məhkəmə qərarı ilə Rasim Sadıqov 15 il müddətinə azadlıqdan məhrum edilib.
.jpg)

primetime.az
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub