Gecə Bakıda kafedən oğurluq olub. Bahalı içkiləri oğurlayan şəxslər maraqlı hadisə ilə üzləşiblər. Həmin içkilərin içəndə butulkalarda spirt yox, su olduğunu görüblər.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, oğurluq hadisəsi paytaxtın Xətai rayonu, Zığ yolu küçəsi 32 ünvanındakı kafelərdən birində baş verib.
Kafenin sahibi Ərəstun Bayramovun sözlərinə görə, 36-cı polis bölməsinin əməkdaşları xidmətdə olarkən kafenin qapısının açıq olduğunu görüblər və onlara məlumat veriblər.
Ərəstun Bayramovun sözlərinə görə, bir müddət əvvəl həmin kafedən oğurluq olub. Kafedən bahalı içkilər və digər avadanlıqlar oğurlandığı üçün onlar da təhlükəsizlik baxımından içkiləri gecə vaxtı otaqda gizlədib, bahalı içki şüşələrinə su doludurub, vitrinə qoyublar. Elə onların qorxduqları da başlarına gəlib.
Bölmə əməkdaşları gecə ilə ərazidə əməliyyat-axtarış tədbirlərinə başlayıblar. 36-cı polis bölməsindən aldığımız məlumata görə, hadisə ilə bağlı şübhəli kimi 3 nəfər saxlanılıb. Araşdırma aparıldığı üçün polis hələlik onların adını açıqlamır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub