Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Mynews.az APA-ya istinadla xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Bildirilib ki, V. Dadaşova ibtidai sinfə qədər uşaqların hazırlığı ilə məşğul olduğunu deyib. İclasda çıxış edən zərərçəkmişlər bildiriblər ki, V. Dadaşova onları şantaj edib və barələrində internetdə məlumatlar yerləşdirib. Zərərçəkmiş şəxslər onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyiblər.
Dövlət ittihamçısı Fərid Nağıyev də məhkəmədən V. Dadaşova barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyib.
Müşavirədən sonra qərar elan edilib. Qərara görə, V. Dadaşova barəsində həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.
Məhkəmənin baxış iclası oktyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, zərərçəkmiş şəxslərdən biri Pərviz İsmayılov İsmayıllı rayon Polis Şöbəsinin rəis müavinidir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub