Tanınmış jurnalist Azər Qərib "Altes Group” şirkətini məhkəməyə verir.
Mynews.az xəbər verir ki, bu barədə jurnalist "Facebook" səhifəsində məlumat verib.
O bildirib ki, tikinti şirkətinə qarşı mənəvi təzminat davası açacaq: "Altes" bütün danışıqlarımızı puç etdi və mən qərara gəldim ki, məhkəməyə müraciət edim. Yalnız özüm üçün deyil, yalnız qonşularım üçün deyil, tikinti şirkətləri tərəfindən aldadılan bütün vətəndaşların maraqları naminə belə qənaətə gəlmişəm.
Bu səbəbdən, gənc, iddialı, siyasət qorxusu olan proseslərdə iştirak etməyən vəkil axtarıram ki, "Altes” şirkətinə qarşı mənəvi kompensasiya tələbi irəli sürüm. Qonşularım qoşulsalar da, sağ olsunlar, qoşulmasalar da, fərq etməz, fərdi qaydada hərəkət edəcəm, faktlar çoxdur.
Bir milyon civarında məbləğ düşünürəm, nə qədər udsam, xeyriyyə işlərinə, xəstə uşaqlara, qaçqın ailələrinə xərclənəcək.
Həmin prosesin informasiya dəstəyini öz üzərimə götürürəm, sözümü deyəcəm, bunlar centlmenlik nə olduğunu bilmirlər, yalan danışmaqla və insanları aldatmaqla, yəni haram yolla para qazanırlar”.
Xatırladaq ki, bir müddət əvvəl "Altes Group”la bağlı mətbuatda şikayətlər tirajlanmışdı. Məlumatlarda bildirilirdi ki, "Altes Group”un Şəhriyar küçəsi 21 ünvanında yerləşən binasında sakinlərin razılığı olmadan 17-ci mərtəbədə, binanın damında tikinti işləri aparılıb. Bundan əlavə, sakinlər illərdir, "kupça" ala bilmədiklərindən şikayət edirdilər. Azər Qərib də şikayətçilər arasında idi.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub