Oktyabrın 5-də Tərtər şəhər sakini Sərxan Əlizadə saat 14 radələrində "NAZ Lifan" markalı avtomobilinin qaçırılması barədə Rayon Polis Şöbəsinə müraciət edib.
Mynews.az DİN-ə istinadən xəbərə verir ki, Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin paytaxt ərazisində hərəkətdə olması müəyyən edilib.
Bakı BPİ-nin Dövlət Yol Polis İdarəsi və Nizami RPİ-nin 25-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomaşın Q.Qarayev prospektində saxlanılıb.
Onu idarə edən şəxs adıçəkilən polis bölməsinə gətirilib. Araşdırmalarla onun S.Əlizadənin qardaşı, Tərtər rayon sakini Sərvan Əlizadə olduğu məlum olub.
Faktla bağlı Tərtər RPŞ tərəfindən araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub