Bakının Yasamal rayonu, Nəriman Nərimanov prospektində mərhum tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Abbas Zamanovun yaşadığı binanın üzərindəki barelyefinin oğurlanmasına cəhd edilib.
Mynews.az “Report”-a istinadən xəbər verir ki, ərazidə yaşayan sakinlərin müdaxiləsindən sonra barelyefi oğurlamaq istəyən naməlum şəxslər hadisə yerindən qaçıblar.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, A.Zamanov 1993-cü il aprelin 1-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl Bakıda şair-dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərlinin Səbail rayonu ərazisində yerləşən barelyefi naməlum şəraitdə yoxa çıxıb.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub