Bakıda zəncirvari qəza olub, xəsarət alanlar var.
Mynews.az "Report"-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Azadlıq prospektində, Nəsimi Rayon Polis İdarəsinin qarşısında Sərxan Namazov idarə etdiyi "Chevrolet" markalı avtomobillə hərəkət edən zaman idarəetməni itirib.
Nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsi yol kənarında dayanan, taksi fəaliyyəti ilə məşğul olan Vəliyev Nizami Yusif oğlunun idarə etdiyi "VAZ-21012" markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, "VAZ-21012" markalı avtomobil qarşısında hərəkətsiz vəziyyətdə dayanan "Priora"-ya çırpılıb. Nəticədə "VAZ-21012"-də olan üç sərnişin və "Chevrolet"in sürücüsü S.Namazov xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub