İşləmək üçün Türkiyəyə gedən azərbaycanlı qadın təcavüzə məruz qalıb, üzərinə nitrat turşusu tökülüb. Publika.az xəbər verir ki, 41 yaşlı, 2 uşaq anası Arzu İsmayılovaya qarşı bu hərəkəti borc pul istədiyi tanışı edib. Samsun Təhsil və Tədqiqat Xəstəxanasının yanıq mərkəzində müalicə alan A.İsmayılova ona qarşı bu hərəkəti edənin cəzalandırılmasını tələb edib.
A.İsmayılova bildirib ki, 3-4 il əvvəl işləmək üçün Azərbaycandan Samsuna gedib: “Bir neçə gün əvvəl isə borc pul istədiyim R.P. adlı şəxs mənə təcavüz etmək istədi, ona etiraz edəndə isə nitrat turşusunu üstümə tökdü. Evdən qaçaraq qonşuları çağırdım. Onların köməyilə xəstəxanaya yerləşdirildim. Bu halımla belə o, məni təhdid edir, mesaj yazaraq öldürəcəyini deyir. Mənə köməklik edilməsini istəyirəm. Həmin şəxs tutulmalıdır”.
A.İsmayılovanın vəkili Səməd Çaylan hadisə ilə bağlı hüquqi prosedurların başlandığını bildirib. Məlumata görə, qadının üstünə nitrat turşusu tökən R.P. polis tərəfindən saxlanılıb, ifadə verəndən sonra sərbəst buraxılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub