“Faytonçu” Nazimin (Nazim Pişyari) şikayət etdiyi “Elmed” klinikasında ölüm hadisəsi baş verib.
Mynews.az xəbər verir ki, bu barədə Oxu.az-a vəkil Ceyhun Yusifov məlumat verib. Vəkil bildirib ki, "Faytonçu" Nazimin şikayətçi olduğu klinikada bir vətəndaş əməliyyatdan sonra dünyasını dəyişib: “Elmed” klinikasının fəaliyyəti və həkimin səriştəsizliyi barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Səhiyyə Nazirliyinə də klinikanın fəaliyyətinin yoxlanılması barədə müraciət ünvanlamışıq. Orada araşdırmalarımız zamanı Rüstəmova Məfluqə Arif qızı adlı xəstənin estetik əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişdiyi məlum olub. Hazırda o işlə bağlı araşdırma aparılır və Binəqədi rayon Prokurorluğunda Vaqif Axundovun icraatındadır”.
Vəkil onu da qeyd edib ki, həmin klinika ilə bağlı Səhiyyə Nazirliyi tərəfdən SOS siqnalı çalınmalıdır: “Klikanın maddi-texniki vəziyyəti onun peşəkar tibb fəaliyyətinin göstəricisidir”.
Qeyd edək ki, öd kisəsindən əziyyət çəkən “Faytonçu” Nazim 4 dəfə əməliyyat olunub, sonda ona onkoloji xəstəliklə bağlı yanlış diaqnoz qoyulub. Bundan sonra müğənni hüquq-mühafizə orqanlarına müraciət edib. Daha sonra Nazim Pişiyarinin əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub