Bu gün səhər saatlarında Xaçmazın Üçgünqışlaq kəndində yanğın baş verib.
Mynews.az ARB şimal-a istinadən xəbər verir ki, Nahid Abdullayevə məxsus birmərtəbəli, iki otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Nahid Abdullayev həyat yoldaşı və iki azyaşlı uşağını evdən çıxararkən yanıq xəsarətləri alıb. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, müvafiq tibbi yardım göstərilib.
Hadisə yerinə Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğının ətraf ərazilərə keçməsinin qaşısı alınıb. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub