Şəmkirdə qızıl oğrusu saxlanılıb.
Mynews.az "ARB" TV-yə istinadən xəbər verir ki, Şəmkir rayon sakini Zinyət Hüseynli rayon polis şöbəsinə müraciət edərək, sentyabr ayının 6-da yaşadığı mənzildə cinayət törədildiyini bildirib.
Zərərçəkənin ifadəsini yerində yoxlayan əməliyyat istintaq qrupu mənzildən 5 min manat dəyərində qızıl-zinyət əşyalarının naməlum şəraitdə oğurlandığını sübuta yetiriblər. Əməliyyat axtarış tədbirlərinə başlayan polis oğurluğu 27 yaşlı rayon sakini Şiraslan Həsənovun törətdiyini müəyyən edib.
Şöbədə dindirilən şübhəli zərərçəkənin evinə pəncərədən daxil olduğunu etiraf edib. Çağırılmayan qonaq əldə etdiyi qəniməti elə həmin gün banka girov qoyub, 1000 manat nağd pul götürüb.
Şiraslan Həsənov - saxlanılan şəxs: “Aynadan içəri daxil oldum. Birinci otağa girib, axtardım, heç nə çıxmadı. İkinci otaqda döşəyi qaldırıb, altına baxdım, heç nə olmadı. Sandığa baxanda, qızılları tapdım. Götürüb, pəncərədən də çıxdım. Küçənin ayağına çatana yaxın qaça-qaça getdim”.
Artıq Şiraslan Həsənovun oğurluq yolla əldə etdiyi qızıl-zinyət əşyaları yerli məhkəmənin qərarı ilə girov qoyulan bankdan götürülərək, maddi sübut kimi ekspertizaya təqdim olunub. Günahı tam sübuta yetirilsə, 27 yaşlı gənc ömrünün bir neçə ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub