Marketdən qida məhsulu aldı, içindən cürbəcür həşərat və qurdlar çıxdı. Milli.Az bildirir ki, hadisə Sumqayıt sakini Şahin Nəcəflinin başına gəlib.
İki gün öncə Abşeron rayonunun Saray qəsəbəsində fəaliyyət göstərən marketlərdən birindən "Qerkules" adlı qida məhsulu alıb. Evdə bişirərkən içində qurdların olduğunu görüb. Yenidən həmin marketə qayıdan müştəri eyni məhsuldan yenə alıb. Budəfəki mənzərə isə daha dəhşətli olub. Başqa qutudan da cürbəcür həşəratlar və qurdlar çıxıb.
Vətəndaş iddia edir ki,məhsulun istehsal tarixi bitməmiş görünməsi belə şübhəlidir.Çünki qutusu açılmamış məhsulda içindəki həşaratlar aydın görünür.
Sözü gedən marketdən bildirildi ki, həmin müştərinin müraciəti əsasında məhsullara baxış keçirilib. Həmin firmaya aid olan bütün məhsullar yığışdırılıb.
''Russkiy Zavtrak'' firmasının bölgə satış müdiri Vüsal Hümbətov bu dövrlərdə eyni tipli qida məhsullarında belə halın baş verməsini normal sayır.
Bununla belə vətəndaş aldıqğı qıdanı geri qaytarıb pulunu ala bilər.Həmin məhsullar yıgışdırılıb məhv ediləcək. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub