Şamaxı rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 127-ci kilometrliyində, Şamaxının Meysəri kəndi ərazisində qeydə alınıb.
Şəki sakini, 1957-ci il təvəllüdlü Mustafayev Məhəmmədiyyə Mustafa oğlu idarə etdiyi 14-BD-187 dövlət nömrə nişanlı, “Ford” markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Şamaxı sakini Rəsulov Bayram Rafiq oğluna məxsus 50-BB-803 dövlət nömrə nişanlı, “Mersedes” markalı minik avtomobili ilə toqquşub.
Hadisə zamanı mikroavtobusdakı sərnişinlər - Şəki sakini, 1986-cı il təvəllüdlü Rəsulzadə Günay Ələddin qızı, 1996-cı il təvəllüdlü Talıbov Nicat Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə iki təcili yardım avtomobili cəlb olunub, xəsarət alanlara yardım göstərilib.
Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusda 20 sərnişinin olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub