Daxili İşlər Nazirliyi Sabirabadda dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, oktyabrın 9-da saat 7:00 radələrində Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində Füzuli rayon sakini Nəriman Mustafayevin idarə etdiyi “Mercedes” və İmişli rayon sakini Mövsüm Rəsulovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə N. Mustafayev və sərnişinlərindən həmyerliləri Səxavət Rəsulzadə və Elsevər Quluzadə hadisə yerində ölüb, digər sərnişinləri Etibar Eyvazlı və Araz Kərimli xəstəxanaya yerləşdiriliblər. E. Eyvazlı orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub