Qobustan rayonunda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunda qeydə alınıb.
Belə ki, bu gün saat 18:00 radələrində Bakı istiqamətində hərkətdə olan "Nissan Teana" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı beton səddə çırpılıb. Nəticədə sürücü, Şəki rayon Zunut kənd sakini, 1990-ci il təvəllüdlü Həşimov Yusif Araz oğlu və avtomobildə olan 3 sərnişin - Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Nicat Bayram oğlu Şəhriyev, Qəbələ rayon sakini, 1991-ci il təvəllüdlü Cəlal İlqar oğlu Əmirov və 1993-cü il təvəllüdlü Cəlal Maarif oğlu Camulov ağır bədən xəsarətləri ilə Qobustan və Şamaxı rayonlarının xəstəxanalarına yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub