Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 23-də davam etdiriləcək.
İttihama görə, "Azital İnşaat" MMC-nin direktoru işləyən, 1969-cu il təvəllüdlü Şamil Bədəlov şirkətin 42 min manat pulunu mənimsəyib. Adıçəkilən şirkətin təsisçisi, deputat Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevdir. "Azital İnşaat" MMC millət vəkili A.Vəliyevə məxsus olduğu bildirilən "Azəraqrartikinti" MMC ilə eyni ünvanda qeydiyyatdadır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub