Polis saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısını alıb. Nəticədə 4 min manata yaxın saxta pulu dövriyyə buraxmaq istəyən şəxs saxlanılaraq istintaqa cəlb edilib. Lakin həmin şəxs ilkin ifadəsində həmin pulun bir hissəsini restoran və yanacaqdoldurma məntəqələrində xərclədiyini bildirib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, saxta pul hazırlayaraq onu satmaq istəyən şəxs saxlanılıb.
Bakı şəhər sakini Taleh Xalıqovda saxta pul əsginazları olduğu barədə Səbail Rayon Polis İdarəsinə məlumat daxil olub.
Keçirilən əməliyyat nəticəsində həmin şəxs Parlament prospektində saxlanılaraq idarəyə gətirilib. Taleh Xalıqovun üzərinə baxış zamanı ondan 33 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq və 19 ədəd 10 manatlıq saxta əskinaslar aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində saxta pulların bir qismini paytaxtda fəaliyyət göstərən ticarət mərkəzlərində istifadə etdiyini bildirib.
Faktla bağlı Səbail rayon polis idarəsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub