Bakı şəhərində daha bir yol nəqliyyat hadisəsi baş verib.
Mynews.az primetime.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Afiyəddin Cəlilov küçəsində yaşanıb. Belə ki, 3 qadın yolun piyada keçidi olmayan hissəsindən keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan avtomobil vurub. Hadisə nəticəsində hər 3 piyada da ciddi xəsarət alıb. Qəzaya düşən qadınlardan ikisinin adını öyrənmək mümkün olub; Məmmədova Tünzalə və Nuriyeva Ləman. Onlar kəllə-beyin tramvası keçirib. Adı məlum olmayan digər xanım isə hadisə nəticəsində huşunu itirdiyindən adını da xatırlamayıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlib. Hər üç qadın xəstəxanaya aparılıb.



1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub