Bakıda bəzi ərazilərdə təbii qazın verilişində yaranan fasilələr günün sonuna kimi aradan qaldırılacaq.
Bunu Lent.az-a açıqlamasında "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.
İ.Kərbəlayev bildirib ki, təbii qazın verilişində yaşanan bu problem həyata keçirilən təmir-bərpa işləri ilə əlaqədardır: “Belə ki, bu gün təbii qaza olan tələbatın təmin edilməsi, gücləndirilməsi üçün daxili qaz kəmərlərində təmir işləri, qaz xətlərində aşkar edilmiş qaz sızmalarının ləğvi, həmçinin istismar müddəti bitmiş qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar işlər həyata keçirilir. Buna görə saat 09:00-dan Abşeron, Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranıb”.
Qurum rəsmisi əlavə edib ki, aparılan işlərin Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, eləcə də Xətai rayonunda Sarayeva, Qaçaq Nəbi, Cavanşir, M. Hadi, Seyid Əzim Şirvani, Mehmandarov, Şıxlinski küçələrində, Gəncə prospekti və Zığ yolu ərazilərinin bir hissəsində qaz təchizatına təsir göstərə bilmə ehtimalı da mümkündür: “ Görülən işlər saat 17.00-a qədər yekunlaşdırılacaq və təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub