10 oktyabr 2017-ci ildə, saat 17:00 radələrində, Naxçıvani küçəsində “42-ci paralel” jurnalının baş redaktoru Mehriban Məmmədzadənin şəxsi avtomobilinə qəsdən ciddi ziyan vurulub.
Mynews.az Big.az-a istinadən xəbər verir ki, avtomobilin sol qabaq və arxa şinləri kəsici alətlərlə doğranaraq, istifadəyə yararsız hala salınıb.
Mehriban xanımın sözlərinə görə, o, avtomaşını saxlayıb-gedib, bir saatdan sonra gəlib ki, avtomobil şinləri doğranmış vəziyyətdədir. Jurnalist dərhal 102 xidmətinə müraciət edib. Bir qədər sonra isə Bakı şəhərinin 5-ci polis bölməsinin təhqiqatçısı Elvin Bəşirov xanım jurnalistdən ifadə alıb.
Məmmədzadənin sözlərinə görə, həmin ərazidə artıq bir neçə avtomobilin şini bu şəkildə doğranaraq, yararsız hala salınıb. Lakin indiyə kimi polis həmin hadisələrdən heç birinin üstünü aça bilməyib. Xanım jurnalist ona görə narahatdır ki, onun avtomaşınına zərər vuranları da tapa bilməzlər. Jurnalistin dediyinə görə, avtomaşının şinlərinin biri 700 manatadır, ona 1400 manat zərər dəyib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub