Bakı-Şamaxı yolunda ağır yol qəzası - 7 yaralı var -FOTOLAR
Bakı-Şamaxı yolunda 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə bu gün saat 17:00 radələrində yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazidə qeydə alınıb. İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu və İsmayıllı rayon sakinləri olan 7 nəfər ağır xəsarət alıb.
Məlumata görə, 1983-cü il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlu, 1978-ci il təvəllüdlü Sadıqova İradə Allahverdi qızı, 1986-cı il təvəllüdlü Günəşov Nicat Hacıbala oğlu, 1991-ci il təvəllüdlü Qurbanzadə Fuad Bəhram oğlu, 1982-ci il təvəllüdlü İbrahimov Rabil Əbülfət oğlu, 1990-cı il təvəllüdlü Niftalıyev Vüqar Arif oğlu təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə səbəbindən yolda nəqliyyat sıxlığı yaranıb və avtomobillərin hərəkəti təxminən 20 dəqiqə məhdudlaşıb. Yol polisi əməkdaşları hadisə yerinə gəldikdən sonra nəqliyyatın hərəkəti təmin olunub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.//APA
Hadisə
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB)
- 10-cu sinif şagirdi vəfat etdi
- Ölümündən əvvəl nişanlısına dəfələrlə mesaj yazıbmış - Yeni detallar
- Qurban bayramının namaz vaxtı AÇIQLANDI
- Tez-tez əsnəmək xəstəlik əlaməti ola bilər - Diqqətli olun!
- Bakıda AİLƏ FACİƏSI - ana və qızını...
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi - FOTOLAR 1159 dəfə oxunub
- Prezident generalı rektor TƏYİN ETDİ 1117 dəfə oxunub
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB) 1106 dəfə oxunub
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO 1037 dəfə oxunub