İsmayıllı rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərində qeydə alınıb. Taksi sürücüsü 1993-cü il təvəllüdlü Əlislamlı Asim Elton oğlu 90-KB-263 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolun ortasındakı kanalizasiya quyusundan suyun fontan vurması səbəbindən idarəetməni itirib və avtomobili qarşıdan gələn 99-FL-865 dövlət nömrə nişanlı “Mercedes” və 90-EE-048 dövlət nömrə nişanlı “VAZ 014” markalı minik avtomobillərinə çırpıb.
Hadisə nəticəsində Asim Əlislamlı və “VAZ 014” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Hüseynov Namiq Nəriman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub