Suriya və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə təqsirləndirilən Rövşən Qədirov, barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktybarın 16-na təyin edilib.
İşə hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.
İttiham aktına əsasən, Azərbaycanın Quba rayonunun sakini R.Qədirov qazanc üçün Türkiyəyə gedib. Orada İbrahim adlı Türkiyə vətəndaşı ilə tanış olub, o, R.Qədirova Pakistandakı proseslər, silahlı islamçı qrupların şəriətin müdafiəsi uğrunda fəaliyyəti və onların "müsəlmanlara zülm edənlərə" qarşı mübarizələri haqqında məlumat verib.
İbrahimin təsiri altında R.Qədirov 2009-cu ildə cihad üçün Pakistana gedib və "Yunus" ləqəbli komandirin rəhbərlik etdiyi "Türk camaatı"na qoşulub.
Amma sonradan onun digər mücahidlərlə fikir ayrılıqları yaranıb və 2010-cu ilin martında Türkiyəyə qayıdıb. 2011-ci ilin sentyabrında R.Qədirov yenidən cihadda iştirak etməyə qərar verib, bu dəfə Suriyaya yola düşüb. Amma 2012-ci ilin yanvarında yaralandıqdan sonra R.Qədirov Türkiyəyə qayıdıb.
O, bu il aprelin 17-də Azərbaycana gəlib və bir müddət sonra həbs olunub.
R.Qədirov ittihamları qəbul etməyib, Pakistanda, ümumiyyətlə, olmadığını, Suriyaya isə humanitar yardım aparmaq üçün getdiyini bildirib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub