Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması faciəyə səbəb olub.
Mynews.az BAKU.WS-ə istinadla xəbər verir ki, 64 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yolu keçmək istəyən Təranə Məhəmməd qızı Babaşovanı avtomobillə vurub.
T.Babaşovanın həyat yoldaşı Müzəffər İsmayılovun sözlərinə görə, hadisə sentyabrın 27-də baş verib.
Təranə Babaşova “8-ci kilometr” bazarının qarşısında avtobusdan düşüb, yolu keçmək istəyib. Bu vaxt əks istiqamətdə hərəkət edən 64 saylı avtobus xanımı vurub.
Sürücü polis tərəfindən saxlanılıb. T.Babaşova isə xəstəxanaya yerləşdirilib. Müzəffər İsmayılovun sözlərinə görə, xanımı 18 gündür komadadır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub