Şamaxının Saqiyan kənd sakinləri evlərində gecələyə bilmirlər.
ARB TV xəbər verir ki, səbəb isə uzun müddətdir ki, Şamaxını cənginə alan torpaq sürüşməsidir. Sürüşmə zonasında yerləşən Şamaxının ən təhlükəli ərazisi məhz Saqiyan kəndi hesab olunur.
Kənddəki vəziyyəti işıqlandırılıb. Hasarlar dağılıb, evlər uçub, tavan çöküb. Kəndin bu vəziyyətə düşməsinin səbəbi isə sürüşmədir. Havaların yağmurlu və soyuq keçməsi sakinlərin vəziyyətini daha da çətinləşdirib.
Sakinlər düşdükləri vəziyyətdən danışıblar:
Aydın Cəfərov (sakin) : Gecə evdə heç kim qalmır. Gündüz gəlirik, çay-çörək yeyib axşam qonşulara gedirik.
Səməndər Aslanova (sakin) : Evim 7 yerdən partlayıb. Tək qala bilmirəm. Qorxuram.
Bəzi ailələr evlərini tərk edib. Qəzalı vəziyyətə düşən 3 evdə isə vəziyyət daha acınacaqlıdır. Saqiyan kənd bələdiyyəsi evlərin qəzalı vəziyyətə düşməsi ilə bağlı lazımi qurumlara məlumat verildiyi deyilir.
Bildirilir ki, onlar da sakinlər kimi veriləcək qərarı gözləyirlər.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub