Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində üçüncü oyununu keçirib.
Mynews.az goal.az-a istinadən xəbər verir ki, Bolqarıstanın Qorna Oryaxovitsa şəhərindəki "Lokomotiv" stadionunda meydan sahibi ilə qarşılaşan Mirbağır İsayevin rəhbərlik etdiyi kollektiv 2:1 hesabı ilə qələbə qazanıb.
Millimizə 3 xalı qazandıran hər iki topu rəqib qapısından Turan Vəlizadə keçirib. XI qrupdan növbəti mərhələyə vəsiqəni özləri üçün artıq təmin edən İrlanidya və Ukrayna milliləri arasında formal xarakter daşıyan oyun isə 2:1 hesabı ilə birincilərin qələbəsi ilə başa çatıb. Beləliklə, XI qrupda İrlandiya 9 xalla ilk pilləni, Ukrayna 7 xalla isə 2-ci pilləni tutub.
Bolqarıstan üzərində qələbə ilə Azərbaycan millisi 3 xalla 3-cü yerdə qərarlaşab. Meydan sahibləri seçmə mərhələni xalsız başa vurublar.
16 oktyabr
XI qrup
Bolqarıstan U-17 - Azərbaycan U-17 - 1:2
Qollar: T. Vəlizadə, 18, (1-0), Nikolov, 45, (1-1), T. Vəlizadə 80+2 (2:1)