Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevinsədrlik etdiyi iclasda şahid qismində "Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi"nin sədri Mirvari Qəhrəmanlı ifadə verib. Bildirib ki, "Kanal 13"-lə müqavilə bağlayıblar və bir sıra maarifləndirici verilişlər çəkilib. Ə.Orucov isə deyib ki, müqavilələrlə bağlı vergilər ödənilib.
M. Qəhrəmanlı bildirib ki, “Kanal 13”-ə Əziz Orucov rəhbərlik edib və onu saf, ədalətli bir jurnalist kimi tanıyır.
Şahid Alış Abdulla isə kanalda təcrübə keçdiyini, maaş almadığını deyib. O, Ə. Orucovun maddi sıxıntılarının olduğunu qeyd edib.
Şahid Ruslan Əhmədov isə kanalda üç ay müxbir kimi çalışdığını, əmək müqaviləsi bağladığını və ayda 300 manat maaş aldığını bildirib.
Proses oktyabrın 24-də davam edəcək.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub