Azərbaycanın tanınmış şəxsin qızı Türkiyədə həbs olundu Oğurladığı qızılları alt paltarında gizlətdi (FOTO)

742
Azərbaycanın tanınmış şəxsin qızı Türkiyədə həbs olundu Oğurladığı qızılları alt paltarında gizlətdi (FOTO)

Ədirnə şəhərində oğurluq hadisəsi baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğurluqda adı hallananlardan biri azərbaycanlı qadındır.

Telefonla 11 yaşlı uşağı aldaraq atasının polis bölməsinə aparıldığını söyləyib 40 min lirə dəyərində zinət əşyaları ələ keçirənlərin məhkəməsi başlayıb. Biri qadın, 3-ü kişi olan qrup üzvləri məhkəmədə tutduqları əməldən peşman olduqlarını dilə gətiriblər.

Ötən il mayında bir nəfər 11 yaşlı S.E.F-yə zəng edərək atasının polis bölməsinə aparıldığını, həbs olunmaması üçün evdəki qızılları onlara verməsini söyləyib. Tutulan şəxslərdən Osman.A (26) evə gedib, 40 min lirəlik zinət əşyalarını uşaqdan aldıqdan sonra Aysel.H (25), Halil.A (23) və Reşit.A (27) ilə birikdə avtomobilə minərək oradan uzaqlaşıblar. Ata evə gəldikdən sonra uşaq aldadıldığını anlayıb. Ata oğlunu da yanına alaraq polisə gedib, şikayət edib. Bununla da oğruluqda şübhəli bilinən şəxslər tutulublar.

Oğrulanan zinət əşyaları Aysel.H-nın alt paltarından tapılıb.

Adıçəkilən şəxslər məhkəmə qarşısında günahlarını boyunlarına alıblar. Osman .A adlı şəxs oğruluq etmələrindən xəbərsiz olduğunu, uşaqdan alınan zinət əşyaların kiməsə çatdırmaq üçün aldıqlarını zənn etdiyini deyib. Bununla da günahsız olduğunu sübut etməyə çalışıb.

Günahlandırılan Aysel H da oğruluq etmələrindən xəbərsiz olduğunu dilə gətirib. Onun dediyinə görə, zinət əşyaların alt paltarında gizlətməsinə səbəb itməsin deyə olub:

"Polislər bizi saxlayanda qaçmaq imkanımız olmadı. Mən heç maşından da düşməmişdim. Sürücülük vəsiqəsinin olmaması ya da sürət həddini aşdığımız üçün saxlanıldığımızı düşündüm.

Mən qızılları alt paltarımda saxladım. Osman onu mənə verərkən əmanətdir deyə bildirmişdi. Polisə niyə bölməyə aparılırıq soruşan zaman qızılları oğurladıqlarımızı dedilər. Polisin dediyindən sonra özüm qızılları çıxardıb verdim. Azərbaycan vətəndaşıyam, yaşayış icazəsiylə Türkiyədə qalıram. Yaxşı bir işim var, bu cür hadisəyə əl ataraq risk etmərəm. Mənim ailəm Azərbaycanda tanınan insanlardandır. Maddi vəziyyətimiz çox yaxşıdır. Qızıllar itməsin deyə alt paltarımda gizlətdim. Onsuz da Osman məndən həmin qızılları geri alacağını bildirmişdi”.

 

Xəbər lenti