Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Mynews.az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
G. Saypullayevanın həyat yoldaşı Bəxtiyar Ömərov iclasda ifadə verib. Bildirib ki, G. Saypullayeva qızına yaxşı baxıb: "Mən həmin gün heyvanları otlağa aparmışdım. Sonra eşitdim uşağın vəziyyəti pisdir. Həkimə aparanda yolda öldü. Gülnarə dedi ki, mal-qaranı yumaq üçün olan dərmanı südə qatıb uşağa verib. Səbəbin soruşdum dedi "başıma nəsə fikir gəldi, elədim".
Proses davam edir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub