Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) ərizə ilə müraciət edən Bakı şəhər sakini Sulduz Şükürov oktyabrın 17-də Sabunçu qəsəbəsində yerləşən mənzilindən oğurluq edildiyini bildirib.
Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, evin pəncərəsi sıldırılıb, oradan pul, məişət əşyaları və dəyəri 1600 manat olan televizoru oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lerik rayon sakini Ruslan Kərimov saxlanılıb. O, izahatında həmin evdən oğurluq etdiyini və oğurladığı əşyaları satdığını etiraf edib.
Ruslan Kərimov - Saxlanılan şəxs: "Qapı qıfıllı idi. İçkili idim, evə girib televizoru götürdüm. Aparıb Sabunçu bazarında 130 manata satdım".
Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onun Sabunçu qəsəbəsində yerləşən 2 fərdi yaşayış evindən oğurluq etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub