Bıçağı qorxutmaq üçün qabağa atdım, ürəyinə girdi
Mynews.az xəbər verir ki, ARB TV-nin "Rezonans" verilişində bu dəfə mahnı üstündə qardaşını bıçaqlayan şəxsin etirafları təqdim olunub.
Vasif Maqsudov (9 il): "İçib gəlmişdim. Evə gəlib telefonda mahnıya qulaq asırdım. Qardaşım da içib yatmışdı. Obiri otaqdan mahnının səsini almağımı dedi. Eşitmədim. Durub gəldi. Qışqırdı üstümə, əliylə də bir-iki dənə vurdu. Keçdim mətbəxə, arxamca gəldi. Bıçağı götürdüm ki, qorxutdum onu. Məni vurmaq istəyəndə atam tutdu onu. Atamın qarnından vurub yerə yıxdı. Mənə dedi ki, ya sən, ya da mən ölməliyəm.
Gördüm, gəlir üstümə, bıçağı qorxutmaq üçün qabağa atdım, ürəyinə girdi. Tez gedib qonşudakı həkimi çağırdım. Amma ölmüşdü. Onunla aramız yaxşı idi. Amma təəssüf ki, belə şey oldu. Peşmanam. Azadlığa çıxandan sonra onları öz övladım kimi saxlayacam. Qardaşımı həbsə düşməyimin ilk günü yuxuda gördüm. Mənə dedi ki, mən sağam, evdəkilərdən muğayat ol. Allah qapını açsın".
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub