Gündüz saatlarında mağazanın üzərində başlayan yanğın bir anda ətrafı qara tüstüyə bürüyüb.
Mynews.az bildirir ki, alovun hündürlüyü isə hətta bir neçə yüz metrdən belə asanlıqla görünürdü.
Görüntülər dünən saat 16 radələrində hava limanı yolunun kənarında yerləşən marketlərdən birində baş verən dəhşətli yanğındandır.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, yanğın Xəzər rayonunda ümumi sahəsi 120 m2 olan ikimərtəbəli mağazada qeydə alınıb. Obyektin zirzəmisində karton taralara yığılmış su filterləri, zirzəminin lambirdən ibarət tavanı 12 m2 sahədə, mağazaya bitişik ümumi sahəsi 40 m2 olan anbarın yanar konstruksiyaları və ərazidəki 6 ədəd şam ağacı yanıb.
Yüksək temperaturdan yaxınlıqdakı marketdə 1 ədəd kondisioner və generator əriyib.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək onun ətraf ərazilərə keçməsinin qarşısını alınıb. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub