Mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə davam edib.
Mynews.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçilən prosesdə zərərçəkmiş Şahin Hüseynovun məhkəməyə gəlmədiyi elan olunub.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Ş.Bədəlov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.
Hakim bildirib ki, zərərin ödənilməsi üçün məhkəmə Ş.Bədəlova iki ay vaxt verib.
Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, 1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov “Azital İnşaat” MMC şirkətinin direktoru vəzifəsində çalışıb. İttiham aktına əsasən, o, şirkətin 42 min manat pulunu mənimsəyib.
Ş.Bədəlov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, “Azital İnşaat” MMC şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunub. Deputat A.Vəliyev “Azəraqrartikinti” ASC-nin rəhbəridir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub