Ağstafa rayonunda fabrikdə yanğın olub, Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı xəsarət alıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonda yerləşən "Akkord-Tekstil" fabrikində baş verib. Ümumi sahəsi 600 kvadratmetr olan fabrikin 160 kvadrat metrlik 2 otağında baş verən yanğın zamanı texnika və əşyalar yanıb.
Hadisə yerinə FHN-nin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsində iştirak edən Ağstafa YMH-nin rəisi, polkovnik-leytenant Sənan Mansurov xəsarət alıb. Belə ki, fabrikin sınan şüşələri S.Mansurovun üz və əl nahiyələrinə kəsik xəsarətləri yetirib.
Yanğının başvermə səbəbləri araşdırılır.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub