Ədliyyə Nazirliyi Penitensiar Xidməti iki məhkumun qaçması xəbərini təsdiqlədikdən sonra şəxslər barədə bəzi təfərrüatlar məlum olub.
Mynews.az Modern-ə istinadən xəbər verir ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Etibar Ələkbər oğlu Məmmədov qəsdən adam öldürmədə (Maddə 120) təqsirləndirilir.
E.Məmmədovun əvvəllər tərbiyə müəssisəsində cəza çəkdiyi bildirilir. Ən ilginc olanı isə, E.Məmmədovun 1996-cı ildə ölkədə böyük rezonans doğuran qətldə ittiham olunmasıdır. Belə ki, həmin il 7 nəfər məhkum həbsxanada nəzarətçini boğaraq öldürüb, daha sonra qaçmağa nail olublar. Həmin 7 nəfərdən birinin məhz E.Məmmədov olduğu qeyd edilir. O, həmin vaxt azyaşlı (16 yaş) olduğu üçün cəzası o qədər də ağır olmayıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub