İmişli rayonu Mirili kənd sakini Məhruba Babaşovaya məxsus tikilidə başlayan alov qısa müddətdə güclənib.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, yanğın ümumi sahəsi 120 kvadratmetr olan evi cənginə alıb. 80 kvadratmetrlik sahə əşyalarla birgə yanıb.
Hadisə yerinə İmişli Rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb. Hadisə şahidlərinin sözlərinə görə, yanğın elektrik naqilindəki qısa qapanma səbəbindən baş verib.
Qismət Vəliyev - hadisə şahidi: "Həyətdə gördüm ki, ev yanır. Birinci çatanların biri mən oldum bura. İçəri girmək mümkün olmadı. Heç nə, evdən heç bir şey çıxarda bilmədik. Evin 6 nəfər üzvü var. Ana, oğul, yoldaş, 3 nəfər də uşaq. Bir oğlan, iki qız uşağı. Hamısı xəstədir".
Hadisə şahidi: "Elektrikin qısa qapanmasından yanıb. Heç nə çıxara bilməyiblər. Yatmağa bir dənə yorğan-döşəyin də çıxara bilməyiblər".
Faktla bağlı araşdırma aparılır.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub