Bakıda ölümlə nəticələnən 4 yol qəzası baş verib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Binəqədi qəsəbəsində "Lada" markalı avtomobil 77 yaşlı qadını vurub öldürüb. Yasamal rayonunun Şərifzadə küçəsində isə "Honda" markalı avtomobil 42 yaşlı piyada qadının həyatına son qoyub.
Daha bir oxşar hadisə isə Qaradağ rayonunda baş verib. Burada "Mercedes" markalı avtomobil 58 yaşlı kişini vurub öldürüb.
Digər piyada ölümü isə şənbə günü qeydə alınıb. Suraxanı rayonu Qum adasında "Daewoo" markalı avtobus 50 yaşlı qadını vurub. Həmin qadının da həyatını xilas etmək mümkün olmayıb.
Bütün faktlarla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub