Tbilisi ətrafında keçirilən xüsusi əməliyyat zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları hədə-qorxu ilə tələbetmə maddəsi ilə ittiham edilən Azərbaycan vətəndaşını saxlayıblar.
Mynews.az xəbər verir ki, bu barədə Report-a Gürcüstan DİN-in mətbuat xidmətindən məlumat verilib.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər 1986-cı il təvəllüdlü B.M.-ni ölümlə hədələyərək, ondan 2 min ABŞ dolları tələb edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri zərərçəkən zəruri miqdarda pulu onlara verməzdən əvvəl saxlayıb.
Nazirlik özünü böyük oğru ailəsinin oğlu, gəncəli "Malış krıtnıy" kimi təqdim edən Azərbaycandan olan şübhəli şəxsin zərərçəkənə özünü təqdimetmə anının görüntüsünü də yayımlayıb. Təqsirləndirilən şəxsin dediyinə görə, onu Gürcüstana "oğrular" göndərib və pulları ona vermək lazımdır.
Bu gün təqsirləndirilənlərə rəsmi şəkildə ittiham irəli sürüləcək.
Bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilənlər 4 ildən 7 ilə qədər həbs cəzasına məhkum edilə bilərlər.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub