Şamaxı rayonunda iribuynuzlu heyvanların kütləvi tələf olması ilə nəticələnən avtomobil qəzası baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şamaxı-Göylər-Padarçöl yolunda qeydə alınıb.
90-JD-527 dövlət nömrə nişanlı, “SHACMAN” markalı yük avtomobili yoldan keçən, Göylər kənd sakinlərinə məxsus 16 baş iribuynuzlu heyvanı vurub. Hadisə zamanı yük avtomobilinin altında qalan inəklərdən 8-i ölüb, 8-i xəsarət alıb. Kəndlilərə ümumilikdə 15 min manat maddi ziyan dəydiyi bildirilir.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub