Bu gün günorta saatlarında Bakıda ölüm hadisəsi baş verib.
Mynews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Səbail rayonu, “Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb.
Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın damından yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.
Onun binanın damına su çənini düzəltmək üçün çıxdığı bildirilir.
Qeyd edək ki, Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona “Yaquar” ləqəbi verilib.
Hüseynovun yaşadığı bina Müdafiə Nazirliyinin balansındadır, mənzil ona dövlət tərəfindən verilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub