Tiflisdə keçirilən xüsusi əməliyyat nəticəsində fırıldaqçılıqda ittiham olunan azərbaycanlı kriminal avtoritet saxlanılıb.
Mynews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saxlanılan avtoritet Gəncə şəhərindəndir. DİN əməkdaşları avtoriteti ötən gün yaxalasalar da, hadisə barədə bu gün məlumat yayılıb.
Məlum olub ki, saxlanılan azərbaycanlı Elçin gürcü “həmkarı” ilə birgə B.M adlı şəxsi ölümlə hədələyərək ondan 2 min dollar istəyiblər. Hüquq-mühafizə orqanları həmin şəxsləri qurbanın tələb olunan pulu verməsindən əvvəl ələ keçirə biliblər.
Belə ki, məkana əvvəlcədən yerləşdirilən video kamera vasitəsilə baş verənlər çəkilib. Videodan da göründüyü kimi, azərbaycanlı Gəncədən olduğunu “Malış krıtnıy” ləqəbi ilə tanındığını, həmçinin “böyük vor ailəsinin oğlu” olduğunu bildirir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub