Daxili işlər orqanları tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində rayon sakini Fəxrəddin Həmzətov çəkisi 500 kiloqrama yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs Balakən, eləcə də, ətraf bölgələrdən əldə etdiyi xəstə atları kəsərək, həmin ətlərin iribuynuzlu mal əti adı altında Bakı şəhərində satışını təşkil etmək istəyib.
Kəsilmiş at cəmdəklərindən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.
Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.
1
"Ermənistan azərbaycanlıların mədəni irsini məhv edib" - Prezident
416 dəfə oxunub
2
21 yaşlı qadın doğuş zamanı öldü
403 dəfə oxunub
3
Saytlardakı problemlə bağlı - RƏSMİ MƏLUMAT
395 dəfə oxunub
4
Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK
385 dəfə oxunub
5
Meta-dan xəbərdarlıq: 16 yaşdan kiçik istifadəçilərin hesabları bağlanır
366 dəfə oxunub