AFFA-nın bu gün keçirilən İntizam Komitəsi U-14 Liqasında keçirilən qalmaqallı “İnter” – “Mançester Yunayted” oyununda baş verənləri araşdırıb.
A24.Az xəbər verir ki, komitə “İnter”in futbolçusu Tural Əmirhüseynovun valideyni Müşviq Əmirhüseynovun futbol görüşlərinin keçirildiyi stadionlara girişinə qadağa qoyub.
Buna “Mançester Yunayted”lə qarşılaşma başa çatandan sonra yaşananlar səbəb olub. Belə ki, oyun bitdikdən sonra “İnter”in futbolçuları “Mançester Yunayted”in avtobusuna yaxınlaşıb və iki komanda üzvləri arasında münaqişə yaranıb. İnsident zamanı Əmirhüseynov da diqqət mərkəzinə düşüb. O, “Mançester Yunayted”in oyunçusu Raul Məmmədovu vurub. Məhz uşağa endirdiyi bu zərbə valideynə ömürlük qadağa bahasına başa gəlib.
İntizam Komitəsi hər iki kluba təlim-tərbiyə işlərini daha yüksək səviyyədə aparmağı da tapşırıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub