Azərbaycanda çətin cərrahi əməliyyat həyata keçirilib. Belə ki, sidik kisəsi çöldə doğulmuş ay yarımlıq körpə uğurla əməliyyat olunub.
Mynews.az xəbər verir ki, əməliyyatı icra edən Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı Fuad Hüseynov lent.az-a bildirib ki, bu, olduqca nadir, yəni 500 min qız uşağından birində rastlanan haldır: "Bizim balaca körpə qızımız da sidik kisəsi çöldə doğulub. Bizə müraciət etdiyində artıq 1 ay yarımlıq idi. Daha öncə ailənin müraciət etdiyi bütün xəstəxanalarda əməliyyat üçün hələ tez olduğunu deyiblər. Halbuki doğulandan dərhal sonra edilsəydi, daha yüngül əməliyyat olunacaqdı".
F.Hüseynovun sözlərinə görə, apardıqları müayinələr nəticəsində məlum olub ki, körpənin sidik kisəsi, sidik axarları çöldədir, sidik kanalı yoxdur, uşaqlıq yolu tamamilə bağlıdır: "Körpəyə sidik kisəsi ekstrofiyası diaqnozu qoyularaq, cərrahi əməliyyat planlaşdırıldı. Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan bud sümükləri kəsildi ki, qasıq sümüklərini yaxınlaşdıra bilək. Çəkisi 3 kilo olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik. Yəni sidik kisəsi ətraf toxumalardan sərbəstləşdirilərək, normal yerinə yerləşdirildi. Ardından qasıq sümükləri yaxınlaşdırıldı, sidik kanalı və uşaqlıq yolu bərpa edildi. Uşağın vəziyyəti hal-hazırda yaxşıdır, inşallah kateterlər çıxarıldıqdan və yara sağaldıqdan sonra uşaq evə yola salınacaq".
1
"Ermənistan azərbaycanlıların mədəni irsini məhv edib" - Prezident
416 dəfə oxunub
2
21 yaşlı qadın doğuş zamanı öldü
403 dəfə oxunub
3
Saytlardakı problemlə bağlı - RƏSMİ MƏLUMAT
395 dəfə oxunub
4
Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK
385 dəfə oxunub
5
Meta-dan xəbərdarlıq: 16 yaşdan kiçik istifadəçilərin hesabları bağlanır
366 dəfə oxunub