Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzu Qurbanlının ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Ruqiyyə Əsgərovanınsədrliyi ilə keçirilən prosesdə İ. Qəmbərovun vəkili Əli Hüseynovvəsatətlə çıxış edib.
O, prosesdə əlavə şahid qismində Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirov, Sumqayıtın baş cərrahı Rəfiəli Novruzov və tibb mərkəzinin əməkdaşlarının dindirilməsini istəyib. Vəkil qeyd edib ki, həmin şahidlərin iştirakı ilə ekspertiza rəyləri araşdırılmalıdır: "Tibb mərkəzinin əməkdaşları da dəvət edilsin, onlar əməliyyatdan sonra Arzunun oyanmasını görüblər".
Məhkəmə vəsatəti təmin edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub