Xaldan-Mingəçevir yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, günorta saatlarında Yevlaxın Əkşəm kəndi ərazisində “Nissan X Trail” markalı, 90 ON 305 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
Deformasiyaya uğrayan avtomobilin sürücüsü, 1942-ci il təvəllüdlü Baxışov Ziyəddin Mirəli oğlu və onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Həsənova Səfurə Kərəm qızı xəsarət alıblar.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər xəsarət alan şəxsləri avtomobildən çıxarıblar. Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub