Goranboy rayonunun Borsunlu kəndində "Mercedes" markalı avtomobil yolu keçən 16 yaşlı Rəşad Babayevi vurub.
Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, yaralı yeniyetmə hadisəni törədən sürücü tərəfindən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına çatdırılsa da həkimlər onun öldüyünü müəyyən ediblər.
Şirvan şəhərində də piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Şəhər ərazisində Kamil Mirzəyev idarə etdiyi "Otokar" markalı avtomobillə yolu keçən həmyerlisi Səxavət Məmmədlini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Paytaxtın Binəqədi rayonunda isə 34 yaşlı Nazim Qasımovu yolu keçərkən minik avtomobili vurub.
Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıblar. Qəzanın baş vermə səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Samuxda da yol qəzası qeydə alınıb.
Rayonun Hacıalılar kənd sakini 18 yaşlı Sahil Babayev avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi təmir aparılan yolda yaranmış çalaya düşüb. Sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin stabil olduğu bildirilir.
Faktlarla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub