Neftçala rayonunun Qaraqaşlı kənd sakini olan bir qadın oktyabrın 25-də Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, bir gün əvvəl evindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulunun oğurlandığını bildirib.
Mynews.az xəbər verir ki, bu barədə Report-a DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru Toğrul Nəsirli məlumat verib.
Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəlilər müəyyən edilib, rayon sakinləri Murad Eyvazov və əmisi oğlu Camal saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Qohumlar cinayəti sahibinin evdə olmadığından istifadə edərək birgə törətdiklərini, evdən 13 adda qızıl-zinət əşyaları oğurladıqlarını etiraf ediblər.
Barələrində aparılan tədbirlərlə onların oğurladıqları qızılları Qaraqaşlı kəndində yol kənarında basdırdıqları müəyyən edilib və həmin zinət əşyaları maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub