Türkiyənin paytaxtı Ankarada Sami Uysal adlı şəxs birlikdə işlədiyi Ərhan Kartalı bıçaqlayıb.
GoldNews.az xəbər verir ki, hadisəyə səbəb S.Uysalın iş yoldaşı ilə arvadının münasibətindən şübhələnməsidir.
O, əvvəlcə iş yoldaşının arvadının telefonuna mesaj göndərdiyini görüb. Mesajları silib, arvadı ilə mübahisə edəndən sonra telefonu sındırıb. Sonra isə arvadına başqa nömrə alıb. Ancaq Ə.Kartal bu nömrədən də S.Uysalın həyat yoldaşına zəng edib danışıb. O, iş yoldaşı ilə dalaşıb, arvadına zəng etməməsi üçün xəbərdarlıq edib. Lakin bir müddət sonra o, gecə növbəsinə gedəndə Ə.Kartalı işdə görməyib və şübhələnib. Evinə qayıdan Sami Uysal iş yoldaşını evinin tualetində tapıb. Mətbəxdən götürdüyü bıçaqla onu yaralayıb. Həmin şəxs xəstəxanaya aparılsa da, yolda ölüb.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub